Yüklənir

GENERAL ENGLISH for TEENAGERS

GENERAL ENGLISH for TEENAGERS

GENERAL ENGLISH for TEENAGERS” kursu 13 – 16 yaş arasında olan yeniyetmələr üçün nəzərdə tutulmuş ümumi ingilis dili kursudur. Kurs 6 səviyyədən ibarət olub danışma (speaking), qulaq asma (listening), oxuma (reading), yazma (writing), qrammatika (grammar) və söz biliyi (vocabulary) kimi bacarıq və biliklərin inkişafını özündə cəmləşdirir.  Dərslər İngilis dili müəllimliyi təhsili almış, ixtisaslaşmış pedaqoqlar tərəfindən keçirilir. Bir səviyyənin keçirilmə müddəti yeniyetmənin dil öyrənmədəki əzimliliyi, qavrama qabiliyyəti və çalışqanlığından asılı olaraq ortalama 4 aydır. Dərslər həftədə 3 dəfə, hər bir dərs 60 dəqiqə olmaqla keçirilir.


GENERAL ENGLISH for TEENAGERS” kursu IELTS və TOEFL kimi beynəlxalq imtahanların ön hazırlığı sayılır və yeniyetmənin bu imtahanlara hazırlaşmağını asanlaşdırır. Kursa başlamazdan əvvəl səviyyə təsbiti imtahanı keçirilir və dil biliyinə müvafiq proqram seçilərək həm fərdi həm də qrup halında dərslər keçirilir. Hər səviyyəni müvəffəqiyyətlə başa vurmuş  tələbələrə sertifikat verilir.

Səviyyələr aşağıdakı kimidir :

·        Beginner

·        Elementary

·        Pre-Intermediate

·        Intermediate

·        Upper-Intermediate

·        Advanced

Kurs haqqında

  • Dərs saatı
    12 saat/ay
  • Sertifikat
    Bəli
  • Səviyyə
    Başlanğıc
  • Müddət
    3 ay
  • Fərdi
    120 ₼/ay
  • Qrup
    80 ₼/ay