Yüklənir

Haqqımızda

HAQQIMIZDA

JXA Center, sektordakı problemləri müşahidə edərək, tələb olunan ehtiyacı qarşılamaq məqsədilə, həm nəzəri həm də praktiki təhsil siteminin birgə tətbiqini əsas qəbul edərək, 2014-cü il tarixindən dizayn, informasiya texnologiyaları və xarici dil kursları olaraq 3 hissədə xidmət verməyə başlamışdır.

JXA Center, yuksək ixtisaslı və öz sahəsində peşəkar təlimçi heyəti ilə sizin xidmətinizdədir.

Təlimçilərimiz iştirakçılarla individual olaraq işləyir, onların portfoliolarının hazırlanmasına dəstək olur və gələcək karyeralarının planlanmasında öz yardımlarını edirlər. Təlimlərin keyfiyyətini yüksəltmək və nəzartdə saxlamaq məqsədi ilə kurs müddətində mütəmadi olaraq imtahan və müsahibələrlə iştirakçıların bilik və bacarıqları yoxlanılır və nəzarətdə saxlanılır.

  • Online Kurslar
  • Peşəkar mütəxəssislərdən ibarət heyət
  • Fərdi yanaşma və nəticə
  • Yüksək keyfiyyət

DƏYƏRLƏRİMİZ

MƏQSƏDİMİZ
Yeniliklərə liderlik edən

Beynəlxalq təcrübələrə dayanaraq hazırlanan yüksək keyfiyyətdə təlimlərimiz ilə həm ölkə daxili həm də ölkə xarici fəaliyyətlərimizi genişləndirmək, bu sektorda lider mərkəz səviyyəsinə çatmaq.

MİSSİYAMIZ
Davamlı inkişaf və inkişaf etdirən

Cəmiyyətimizə Dizayn, İnformasiya texnologiyaları və Xarici dil sahələrinin inkşafında öz töhfəsini verən, sektordakı ehtiyacı qarşılaya bilən, texnologiynın yeni tələblərinə cavab verən, gələcəyin savadlı mütəxəssislərini yetişdirmək.

TƏLİMÇİLƏRİMİZ

Müəllimlər bir təhsil müəssisəsinin ən əhəmiyyətli elementləridirlər. Təhsil isə ciddi və zamana bağlı bir prosesdir. Müvəffəqiyyət ancaq bu prosesə və performansa ayaq uydura biləcək bir heyətlə təmin edilə bilər. Bu məqsədlə fəaliyyət göstərdiyimiz ilk gündən bəri, təlimçilərimiz ali təhsilli, bacarıqlı, təcrübəli, yenilikləri təqib edən, dinamik çalışan və öz işində məsuliyyətli peşəkarlardan ibarətdir. Yüksək bilik əldə etmək üçün ən əhəmiyyətli faktor müəllimlərdir. Geniş müəllim heyətimiz, təcrübəli, gülər üzlü və rəhbərlik anlayışıyla ən effektiv şəkildə sizi bilgiyə çatdırır. Məsh bu səbəblə də müəllimlərimiz müvəffəqiyyətə gedən yolda həmişə yanınızdadırlar.

Cəlal Abbasov

Tükiyənin Anadolu Üniversitetində Kompüter Texnologiyaları təhsili almışdır.

Elşən Xəlilov

Rusiyada İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetində Kompüter Mühəndisliyi bakalavr və magisturatura ali təhsil almışdır. Kanadada CATAC College (Halifax, NS, Canada, digitalartschool.com) – də Programmer Analyst / Internet Solutions üzrə təlimlər keçmişdir.

Füzuli Əliyev

Tükiyənin Memar Sinan Üniversitetində Memarlıq ali təhsili almışdır.

Həsən Abdullayev

Tükiyənin Hacettepe Üniversitetində İngilis Dili müəllimliyi üzrə ali təhsil almışdır.

Könül Cəfərova

Qafqaz Üniversitetində Riyaziyyat müəllimliyi üzrə ali təhsil almışdır.

Məhəmməd Sofiyev

Tükiyənin Hacettepe Üniversitetində Kompüter Mühəndisi təhsili almışdır.

Səkinə Aydınova

Qafqaz Üniversitetində Riyaziyyat və İnformatika (İngiliscə) fakultəsini yüksək nailiyyətlərlə bitirmişdir. Magistratura təshilini Prezident yanında Dövlət İdarəçilik Akademiyasında Kompüter Elmləri üzrə təhsili almışdır.

Ramin Cəfərov

İngiltərənin Manchester Üniversitetində BSc Computer Science üzrə ali təhsil almışdır.

Şamil Kamilov

Sumqayıt Dövlət Üniversitetində Kompüter Texnikasının Proqram Təminatı ali təhsil almış, proqramlaşdırma üzrə Rusiyada beynəlxalq təlimlərdə iştirak etmişdir.

Tural Quliyev

Tükiyənin Anadolu Üniversitetində Kompüter Mühəndisi təhsili almışdır.

ELNUR KAZIMOV

Tükiyənin Uludağ Üniversitetində Kompüterli Mühasibat və Vergi Tətbiqləri və Qafqaz Üniversitetində Biznesin Təşkili və İdarəedilməsi ali təhsili almışdır. Qafqaz Üniversitetində MBA üzrə magistratura təhsilini davam etdirir.

Qəşəm Məmmədov

Azərbaycan Dövlət Neft Akademiyası Beynəlxalq İqtisadi Münasibətlər İdarəetmə fakultəsini bitirmiş və İqtisad Üniversiteti MBA üzrə Magistraturanı fərqlənmə diplomu ilə qurtarmışdır . HR üzrə Türkiyədə beynəlxalq təlimlərdə iştirak etmişdir.

Məzahir Abbaslı

Tükiyənin Yıldız Texnik Üniversitetində Elektronika və Xəbərləşmə Mühəndisi təhsili almışdır.

Kamil Oruczadə

İngiltərənin Manchester Üniversitetində BSc Computer Science üzrə ali təhsil almışdır.

Gulhayo OTAKUZİEVA

Qafqaz Üniversitetində İngilis Dili və Ədəbiyyatı müəllimliyi üzrə ali təhsil almışdır.

Orxan Əfəndiyev

Azərbaycan Memarlıq və İnşaat Universitetində Memarlıq bakalavr və magisturatura ali təhsil almışdır. Macaristanın Szent Istvan Universitetinde Landşaft Memarlığı magistratura ali təhsil almışdır.

Elmin Əliyev

Tükiyənin Anadolu Üniversitetində Reklam İşinin Təşkili və İctimaiyyətlə Əlaqələr təhsili almışdır. Magistratura təshilini Akdeniz Üniversitetində davam etmişdir.

Rəksanə Rzayeva

Tükiyənin İstanbul Üniversitetində Kompüter Proqramlaşdırma təhsili almışdır.

Aytən Abbaslı

Tükiyənin Ege Üniversitetində Riyaziyyat təhsili almışdır.